Türkiyə MN birgə təlimlərlə bağlı paylaşım edib - VİDEO

16:00 08.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin keçirdiyi “Turaz Şahini-2021” birgə hərbi təlimləri ilə bağlı məlumat yayıb.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə MN-in "Twitter" səhifəsində paylaşım edilib.

“Türkiyənin ev sahibliyi ilə Azərbaycan Hərbi Hava Qüvvələrinin də iştirakı ilə 6 sentyabr 2021-ci ildə başlayan “Turaz Şahini-2021” təlimləri Konyadakı 3-cü əsas təyyarə bazası komandandanlığında davam edir”, - məlumatda bildirilib.

Qeyd edək ki, birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.